"Rusiya dizel ixracına hər hansı qadağa qoymağı planlaşdırmır. Çünki biz kifayət qədər dizel istehsal edirik, hətta daxili bazarın ehtiyacından 2 dəfə çox".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.

Rusiyanın bu ilin ikinci rübü üçün neft hasilatı və ixracını azaltmaq qərarına gəldiyini xatırladan Novak qeyd edib: "Bildiyiniz kimi, biz hasilatı digər ölkələr qədər azaltmadıq. Sadecə ixracı məhdudlaşdırmışdıq”.

 

Gözəl Həşimova