Ötən ilin sonunda Rusiya Çinə 6,66 ton qızıl - 3,7 ton xam qızıl və 2,96 ton yarımfabrikat ixrac edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

2021-ci illə müqayisədə Rusiya qızıl tədarükünü 67 faiz artırıb. Çinin Rusiyadan qızıl idxalı 63 faiz artaraq 386,9 milyon dollar olub.