İran martın sonuna qədər Çin və Rusiya ilə birgə dəniz təlimləri keçirməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı Şəhram İrani məlumat verib.

İraninin məlumatına görə, təlimlərin ilkin müddəti martın 19-dur. İran tərəfi Rusiya və Çindən başqa, daha bir neçə ölkəni hərbi təlimlərdə iştiraka dəvət edib.

"Təlimlər regional təhlükəsizliyin təmin edilməsi və ümumi maraqların təşviqi məqsədilə keçiriləcək", - komandir bildirib.