Rusiya 2020-ci ilin martında quru sərhədini keçmək üçün tətbiq edilən bütün koronavirus məhdudiyyətlərini ləğv edib.

İyulun 15-də qüvvəyə minən sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Rusiya hökuməti dövlət sərhədindən avtomobil, dəmir yolu, piyada, çay və qarışıq keçid məntəqələri vasitəsilə hərəkətin müvəqqəti məhdudlaşdırılması ilə bağlı aktları və aktların bəzi müddəalarını qüvvədən salıb.