Rusiya Federasiyasından buğda və meslin (buğda və çovdar qarışığı) üçün ixrac rüsumu gələn ilin yanvarın 11-dən etibarən ton üçün 4165,9 rubla yüksələcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin materiallarında deyilir.

Məlumata görə, dekabrın 27-dən gələn ilin yanvarın 10-dək buğda və meslinin 1 ton üçün ixrac rüsumu 3859,7 rubl təşkil edir.

Eyni zamanda, qarğıdalı üçün rüsum ton üçün 1148,6 rubldan 1431,7 rubla yüksəldiləcək.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 283,3 milyon ABŞ dolları dəyərində 1 milyon 94 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova