Rusiyadan buğda və meslin ixracına görə rüsum sentyabrın 25-dən bir ton üçün 956,9 rubldan 1076,7 rubla yüksələcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı nazirliyi məlumat yayıb.

Bildirilib ki, arpanın rüsumu yenidən sıfır olacaq.

Qarğıdalı üçün rüsum isə bir ton üçün 446,3 rubldan 292,7 rubla qədər azalacaq.

 

Gözəl Həşimova