Rusiya 30 oktyabrdan etibarən ölkədən buğda üçün ixrac rüsumunu 7,2% artıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, ixrac rüsumunu bir ton üçün 2227,9 rubla çatıb. Qeyd edək ki, bir həftə əvvəl bu rüsum 2121,2 rubl təşkil edirdi.
Yeni tariflər noyabrın 12-dək qüvvədə olacaq.