Rusiya “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ölümünü beynəlxalq standartlara uyğun olaraq Braziliya tərəfindən araşdırılmasına icazə verməyib.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, bundan əvvəl Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) "Embraer" şirkətinə məxsus biznes reaktiv təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqata qoşulmağa hazır olduğunu bəyan edib.

Əlavə edək ki, avqustun 23-də Rusiyanın Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində Yevgeni Priqojin dünyasını dəyişib.

 

Gözəl Həşimova