Bugün Rusiya Bankının Direktorlar Şurası faiz dərəcəsini illik 16% səviyyəsində saxlamaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

Bu il ikinci dəfə baş tutan iclasda Rusiya Bankı uçot dərəcəsini dəyişməyib.

Məlumata görə, ölkədə cari inflyasiya təzyiqi tədricən zəifləyir, lakin yüksək olaraq qalır. Bundan əlavə, əmək bazarının sərtliyi yenidən artıb.

Eyni zamanda, Rusiya Bankının proqnozuna görə, bu il Rusiyada illik inflyasiya 4-4,5%-ə düşəcək.

 

Gözəl Həşimova