Rusiya Aya missiya göndərməyə hazırlaşır.

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, bununla bağlı "Roskosmos" məlumat yayıb. Missiya iyulun 13-nə nəzərdə tutulub və "Luna-25" kosmik gəmisi ilə həyata keçiriləcək.

Missiyanın məqsədi Ayın cənubunda tədqiqatlar aparmaqdır.

Qeyd edək ki, bu, müasir Rusiya tarixində aya göndərilən ilk missiyadır.