Rusiyanın "UTair" aviaşirkəti Moskva-Gəncə marşrutu üzrə uçuşların həftəlik sayını 3-dən 5-ə çatdırıb.

Əlavə aviareyslər hər həftənin çərşənbə axşamı və şənbə günləri həyata keçirilir.

Hazırda "UTair" Moskvadan Gəncə ilə yanaşı, Naxçıvana, eləcə də Ufadan Bakıya uçuşlar yerinə yetirir.

"Uçuşların sayını artırırıq ki, sərnişinlərimiz sərbəst səyahət edə bilsinlər”- deyə aviaşirkətin prezidenti Oleq Semenov bildirib.