Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ xüsusi xidmət orqanlarının minlərlə Apple telefonu üzərində həyata keçirdiyi casus əməliyyatının ifşa edildiyini açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, ABŞ mobil telefonlar vasitəsilə kəşfiyyat orqanları tərəfindən casusluq ediblər.

Bildirilib ki, virus minlərlə Apple telefonuna sirayət edib.

Məlumata görə, virus İsrail, Suriya və Çindəki xarici diplomatlara məxsus telefonları hədəf alıb.