Prezident İlham Əliyev Rövşən Çingiz oğlu Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.