"Əl Nəsr"in futbolçusu Kriştiano Ronaldonun "Yuventus"a qarşı qaldırdığı məhkəmə prosesi yekunlaşıb. Keçmiş komandasından alacaqlarını ala bilmədiyi üçün məhkəməyə gedən Ronaldo məhkəməni qazanıb.

İqtisadiyyat.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Kriştianu Ronaldo maaş mübahisəsinə görə "Yuventus"a qarşı açdığı məhkəməni qazanıb. 39 yaşlı futbolçu 10 milyon avro təzminat qazanıb. "Yuventus" Ronaldoya 10 milyon avrodan əlavə faiz də ödəyəcək.

Kriştianu Ronaldo 2018-2021-ci illər arasında "Yuventus"da çıxış edib. Portuqaliyalı ulduz “Yuventus” karyerasında 134 matçda meydana çıxıb və 101 qol vurub, 22 məhsuldar ötürmə edib.