Braziliya millisinin keçmiş futbolçusu Romario karyerasını 58 yaşında bərpa edib.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oğlu ilə eyni komandada oynayacaq.

Romario prezidenti olduğu “Amerika Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. Veteran futbolçu bu klubda minimum maaş alacaq və onu da komandaya bağışlayacaq. “Amerika Rio-de-Janeyro”da Romarionun oğlu Romarinyo da forma geyinir.

Komanda hazırda D Seriyasında çıxış edir