Müğənni Rihanna ABŞ-da ən gənc “self-made” xanım milyarder olub.

Bu barədə məlumatı “Hypebeast” yayıb. 

Məlumata görə, Rihannanın gəlirləri onun musiqi karyerası ilə məhdudlaşmır. Belə ki, müğənni “Fenty Beauty” və “Fenty Skin” kosmetika, “Savage X Fenty” alt paltarları brendlərindən daha çox gəlir əldə edib. 

34 yaşlı Rihannanın sərvəti hazırda 1,4 milyard dollar olaraq qiymətləndirilir. 

Qeyd edək ki, “self-made” ailədən gələn deyil, şəxsin öz səyləri sayəsində qazandığı sərvətdir.