Ukraynanın müdafiə naziri Aleksey Reznikov öz müavinlərinin siyahısını razılaşdırılmaq üçün hökumətə təqdim edib.

Bu barədə gordonua.com nəşri məlumat yayıb.

“Müdafiə nazirinin yeni müavinləri olacaq. Sənəd baxılmaq üçün təqdim edilib” – Reznikov Feysbukda bildirib.

Ukrayna MN-in saytına görə, hazırda Reznikovun 6 müavini var.