Aİ ölkələri Belçikanın dondurulmuş Rusiya aktivlərindən Ukraynanın bərpası üçün vəsait toplamaq məqsədilə girov kimi istifadə etmək təklifini dəstəkləmir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" Avropa rəsmilərinə istinadən məlumat yayıb.

"Biz bilirik ki, aktivlərdən girov kimi istifadə müsadirə ilə eyni hüquqi, iqtisadi və maliyyə riskləri daşıyır. G7 hüquq qruplarının əksəriyyəti bunu nəzərə alır", - adının açıqlanmasını istəməyən Avropa rəsmisi "Reuters" agentliyinə bildirib.

Agentlik qeyd edib ki, istiqrazların müddəti başa çatdıqdan sonra defolta məhkum olan belə bir investisiya layihəsində kimin iştirak etməyə hazır olacağı və investorların yatırılan vəsaitləri girov kimi alacaqları da bəlli deyil. Agentlik xatırladıb ki, Rusiya aktivlərindən G7 ölkələrinə girov kimi istifadə etməyi təklif edən Belçika assosiasiyanın üzvü deyil. Bununla belə, Qərb tərəfindən dondurulan Rusiya aktivlərinin böyük hissəsi Aİ-də, əsasən də Belçika yurisdiksiyasında yerləşir.