Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı razılıq əldə olunduğuna dair bəyanatına münasibət bildirib.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan açıqlama verib.

Ermənistan Xarici İşlər Nazirliyi də Zaxarova kimi konkret tarixi açıqlamayıb:

“Əvvəl də xəbər verdiyimiz kimi, görüşlərlə bağlı təkliflər var idi, artıq razılaşma əldə olunub. Konkret tarixi sonra açıqlayacağıq”, - məlumatda deyilir.