"İranda Azərbaycan səfirliyinə edilən hücum qəti bir şəkildə pislənilməlidir."

Bu fikirləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

"Azərbaycanın xalq olaraq qalibiyyətindən sonra regionda güclənən nüfüzundan narahat idilər. Onlar düşünürdülər ki, bəlkə bu bir gələcəkdə vahid bir millət anlayışında siyasi, mənəvi birlik daha fərqli bir coğrafiyaya keçə bilər. Bunundan qarşılığını belə verdilər. Bir ölkə ki, Ermənistan tərəfinə son 3 ildə səngərdə real olaraq, Azərbaycana qarşı savaş aparırdı. Bunun bir nəticəsidə səfirliyə bu cür hücumla müşayiət olunacaqdı. Lakin, İran belə bir nəticə çıxarmalıdır ki, qlobal sistemdə embarqoların, sanksiyaların altında olan bir ölkə, indi Azərbaycana hücumla heç bir halda nə millətimizi  qorxuda bilməz, nə bizim qələbə kursumuzu dayandıra bilməz. Yəni bununla Azərbaycana siyasi diktə eləmək mümkün deyil."

Deputat yekun olaraq bildirib ki, Azərbaycanla İran arasında bundan sonrakı dövrlə bağlı məlum hadisənin təsiri dəyərləndirilməlidir. Biz Rəsmi İranıın bu məsələ ilə bağlı cavab verməsini gözləyirik.