Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşüb.
Nazirlikdən İqtisadiyyat.az-a verilən məlumata görə, görüş çərçivəsində əməkdaşlıq məsələləri, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işlər müzakirə edilib.
Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilib.