İsveçrə Super Liqasında 21-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Qrasshopper" klubu doğma meydanda "Zürix"i qəbul edib. Renat Dadaşovun da fərqləndiyi derbidə "Qrasshopper" 1-2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Renat Dadaşov bu mövsüm İsveçrə Super Liqasında 6 qol vurub, 2 asisst etməyi bacarıb.