"Sahibkarların bilik və bacarıqların artırılması əsas məsələlərdəndir. Bu məsələyə diqqət yetirilsə, mənfəətləri arta bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən İnsan Resursları Zirvəsində - "Köçü qarşıla" mövzusundakı paneldə bildirib.

O bildirib ki, regionlarda sahibkarların bilik və bacarığına az diqqət yetirilir:

"Orada daha çox qohumluq əlaqələrinə fikir verilir. Biz də bu məsələni diqqətdə saxlayırıq və bundan sonra da iş adamları arasında maarifləndirmə işləri aparacağıq".