Logo

"Regionda heç bir ölkədə Ələt Azad İqtisadi Zonasındakı rejim olmayacaq"


Biz bu həftə "Ələt  Azad İqtisadi Zonası" haqqında qanunu müzakirə edəcəyik.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Fins.az”-a açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə Cənab prezident İlham Əliyev tərəfindən Milli Məclisə Azad İqtisadi Zonası haqqında qanun layihəsi təqdim edilib.

Tahir Mirkişili qanunda nəzərdə tutulan yeniliklər barədə məlumat verərək “Ələt Azad İqtisadi Zonası"nın özünün statusu,iş rejimi ,gömrük prosedurları, vergi ilə bağlı yeni qaydalarının tətbiqi gözlənilir. Bu regionda heç bir ölkədə belə rejim olmayacaq.Çox maraqlı qanundur bu həftə müzakirə edilərək qəbulu nəzərdə tutulur.

2022-05-19 14:06:00 2460
Teqlər: