Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Rusiya Prezidenti Putinə Taxıl sazişinin uzadılmsı ilə bağlı müsbət münasibətinə görə təşəkkür edib.

Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişələrin tezliklə danışıqlar yolu ilə bitməsinə önəm verdiklərini bildirib.

 Prezident Ərdoğan Soçidə razılaşdırılan iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini bildirib.