Bu barədə İqtisadiyyat.az BOKT-yə istinadən xəbər verir.

Məlumata görə, iyunun 9-da BOKT-nin baş ofisində səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Para”BOKT ASC-nin Müşahidə Şurasının yeni tərkibinin seçilməsi, İdarə Heyətinin üzvü Hüseynov Rəcəb Məmməd oğlunun İdarə Heyəti üzvlüyündən çıxarılması, İdarə Heyətinin yeni üzvünün müəyyən edilməsi və 2024-cü il Maliyyə Hesabatının təsdiqi daxildir.

Xatırladaq ki, “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb və nizamnamə kapitalı 29 milyon 266 min manatdır.