Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, Mərakeşdə keçirilən mundialın sonuncu yarımfinal görüşü Misirin “Əl-Əhli” və İspaniyanın “Real” komandaları arasında baş tutub.

Madrid təmsilçisi bu oyunda 4-1 hesabı ilə qalib gələrək mundialın finalına yüksəlib. Avropa təmsilçisi həlledici oyunda Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal”la qarşılaşacaq.