PSJ-dən ayrılan Kilian Mbappenin “Real”a keçidi rəsmiləşib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. 25 yaşlı oyunçu Madrid təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, Mbappe 2023/2024 mövsümündə PSJ-nin heyətində 48 oyuna çıxıb, 44 qol vurub və 10 qolun ötürməsini verib