"Real Hospital" və bu özəl klinikanın həkimi Səkinə Xudiyeva məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, müəssisə və həkim barəsində klinikanın pasiyenti olmuş Abbasova Cəmilə Ələddin qızı iddia qaldırıb.

İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

İddiaçı klinikadan və həkimdən maddi ziyanın ödənilməsini tələb edir.

İddia Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə araşdırılacaq.