Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" Azərbaycan millisinin digər üzvü Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor"u qəbul edib. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Kocaelispor" - "Tuzlaspor" - 1:2

Qollar: Banqoura, 47 (0:1), Amaral, 61 (1:1), Mamba, 76-pen. (1:2)

Qırmızı vərəqə: Şhirtladze, 90+11 ("Kocaelispor)

R.Şeydayev sözügedən görüşdə 58-ci dəqiqədə meydana daxil olub. B.Həsənalızadə isə 90 dəqiqədə oynayıb.

Qeyd edək ki, "Kocaelispor" 45 xalla 3-cü, "Tuzlaspor" 27 xalla 14-cüdür.