Bu gün Bakıda "Rahat Market" şəbəkəsinin daha bir filialı fəaliyyətə başlayıb. Bununla da "RAHAT" supermarket ümumi market sayını 44-ə çatdırıb.

Yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan ola biləcək yeni Rahat Ekspres Market səbirsizliklə onu sevən müştərilərini gözləyir.

Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, qurmanlarımız tərəfindən hər gün hazırlanan, qoxusundan doya bilməyəcəyiniz hazır yeməklər, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar sizin seçim ixtiyarınızdadır!

Ünvan: Nərimanov r-nu, Ceyhun Hacıbəyli küçəsi 117A