Ukrayna parlamentinə təqdim edilən sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanun layihəsində "Telegram" və digər sosial şəbəkələrin bloklanması imkanları nəzərdə tutulmayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu qanun layihəsinin müəlliflərindən biri, Ali Radanın Söz Azadlığı Komitəsinin sədri Yaroslav Yurçişin bildirib.

"Sosial şəbəkələrin tənzimlənməsi haqqında qanun layihəsinin "Telegram"a heç bir aidiyyəti yoxdur", - deyə Yurçişin qeyd edib.

O əlavə edib ki, "Telegram"ı bloklamaq üçün texniki imkanlar yoxdur, lakin qanun layihəsi bunu da nəzərdə tutmur.

Yurçişinin sözlərinə görə, qanuna əsasən, sosial şəbəkələr Ukraynanın dövlət qurumlarına onların mülkiyyət strukturu haqqında məlumatları təqdim etməli olacaqlar: "Əlbəttə, ekranın digər tərəfində kimin olduğunu bilmək istərdim. Biz "Telegram"ın aktivlərinin harada olduğunu bilmirik, "TikTok" serverlərinin harada olduğunu bilmirik, çox güman ki, Çində, ona görə də bu şəbəkə böyükdür".