"Rabitəbank"a aid "Kartmane" debet kartları üçün YDM keşbekləri endirilir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank açıqlayıb.
Qərara uyğun olaraq, 1 noyabr tarixindən etibarən "Kartmane" debet kartları üçün YDM keşbeklərini 5 faizdən 3 faizə endiriləcək.
Qeyd edək ki, əvvəllər YDM keşbekləri 10 faiz olub, sonradan isə bu 5 faizə endirilib.