Bu gecə "Rabitəbank"a məxsus kart əməliyyatlarında məhdudiyyətlər yaranacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın müştərilərə ünvanladığı xəbərdarlıq mətnində deyilir. 

Qeyd edilir ki, aparılacaq texniki sazlamalar ilə əlaqədar 5 aprel tarixində saat 01:00-dan 07:00-a kimi kart əməliyyatlarının aparılmasında müəyyən fasilələr yaranacaq.