Bu gecə "Rabitə Bank"ın mobil tətbiqi işləməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bankın mobil tətbiq istifadəçilərinə bildirişlər göndərilib.

Qeyd edilib ki, texniki işlərin aparılması ilə əlaqədar olaraq fevralın 20-si saat 01.00-dan 03.00-dək tətbiqə giriş məhdudlaşdırılacaq.