Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi qızışmağa başlayandan bəri rekord sayda jurnalist öldürülüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.

"Dörd həftə ərzində ən azı son üç onillikdə hər hansı münaqişədə öldürülən jurnalistdən daha çox jurnalistin öldüyü bildirilir", - baş katib bildirib.

Quterreş vurğulayıb ki, Qəzzada çoxlu sayda qadın və uşaq, eləcə də dünya təşkilatının əməkdaşları ölür: "Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilir. Hər gün yüzlərlə qız və oğlanın öldürüldüyü və ya yaralandığı bildirilir. Belə bir müddətdə öldürülən BMT-nin humanitar işçilərinin sayı təşkilatımızın tarixində ən yüksək göstəricidir". 

"BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş üzrə Agentliyindən olan 89 həmkarımızın ailələri ilə birlikdə Qəzzada vəfatı üçün yas tuturam", - Quterreş əlavə edib.