Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə raket hücumunu "qətiyyətlə" pisləyib.

BMT Baş katibinin sözçüsü Stefani Tremblay verdiyi açıqlamada, Quterreşin ən azı 40 nəfərin ölümü, çox sayda insanın yaralanması və onlarla insanın itkin düşməsinə səbəb olan raket hücumunu "qətiyyətlə pislədiyini" söyləyib.

Quterreşin sözügedən hücumlara ən qısa zamanda son qoyulması lazım olduğunu vurğuladığını bildirən Tremblay, BMT baş katibinin Dnepr hücumunda həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini və yaralıların tezliklə sağalmasını arzuladığını bildirib.