BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşündə Yaxın Şərqdə bütün tərəflərin maksimum təmkinli olmasının vacibliyini vurğulayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

"Görüşdə baş katib İranın İsrailə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi mövqeyini təsdiqlədi və maksimum təmkinliliyə ehtiyac olduğunu bildirdi", - deyə Düjarrik bildirib.