"BMT-nin baş katibi Antonio Quterreş Ekvadordakı vəziyyətdən son dərəcə narahatdır və zorakılıq hadisələrini pisləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Baş katib ölkədə vəziyyətin pisləşməsindən və bunun ekvadorluların həyatına dağıdıcı təsirindən son dərəcə narahatdır. Baş katib cinayətkar zorakılığı qətiyyətlə pisləyir və Ekvador xalqı ilə həmrəy olduğunu bildirir", - Düjarrik qeyd edib.

Düjarrik əlavə edib ki, səhər Quterreş Ekvadorun dünya təşkilatındakı daimi nümayəndəsi ilə telefon danışığı aparıb.