İyul ayının 4-də zəlzələ baş vermişdi. Ondan sonra qalan enerjinin nəticəsi olaraq bu gün yeraltı təkanlar hiss edildi.

İqtisadiyyat.az xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələyə dair brifinqdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, iyulda baş vermiş zəlzələdən sonra tam enerji boşalması olmadığı üçün bu gözlənilən zəlzələ idi.