ABŞ-nin Kaliforniya ştatında kanalizasiya sularının təmizlənərək içməli suya çevrilməsinə qərar verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kaliforniya Dövlət Su Təsərrüfatlarına Nəzarət Şurası məlumat yayıb.

Ştatdakı kanalizasiya suları hazırda kənd təsərrüfatı və suvarma üçün istifadə olunur.

Yeni layihə çərçivəsində təkrar emal edilmiş sular aktivləşdirilmiş karbon filtrasiyası və ultrabənövşəyi şüalarla dezinfeksiya kimi təmizlənmə mərhələlərindən keçəcək. Layihə tamamlandıqda isə evlərə ən keyfiyyətli suyun veriləcəyi iddia edilir.

 

Gözəl Həşimova