Qüdsdə oktyabrın 30-dan bəri ilk dəfə olaraq hava hücumu sirenləri səslənib, sakinlər raket zərbəsi təhlükəsi barədə xəbərdar edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: "Qüds şəhərində sirenlər səsləndi".
Ordunun mətbuat xidməti bundan əvvəl oktyabrın 30-da Qüdsdə hava hücumu siqnallarının işə düşdüyünü bildirmişdi.