İqtisadiyyat.az Azərtac-a istinadənxəbər verir ki, güclü sel körpünün dayaqlarını zədələyib. Körpünün dağılmaq təhlükəsi olduğundan üzərindən hərəkət məhdudlaşdırılıb. Əraziyə xüsusi texnikalar cəlb olunub.

Körpünün vəziyyəti ilə yerində tanış olmaq üçün əraziyə Rayon Fövqəladə Hallar Komissiyasının, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri baxış keçiriblər.

Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, uzunluğu 101, eni isə 8 metr olan körpüdə qəzalı vəziyyət yaranıb. Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. “Sürücülər üçün alternativ yollar var. Pirvahid yolundan istifadə edə bilərlər. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır”, - deyə Tariyel İbrahimov media nümayəndələrinə açıqlamasında söyləyib.

***19:52

Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb. 

Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir. 

Hazırda yol ötürücüsü bağlanıb.