“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Quba rayonu ərazisində ağacəkmə aksiyası təşkil olunub.
İqtisadiyyat.az xəbər verir ki, şəhərin küçə və prospektlərində, həmçinin Quba-Xaçmaz avtomobil yolunun rayon ərazisindən keçən hisssəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə təşkilat və müəssisələrin kollektivləri, vətən müharibəsi iştirakçıları, qazilər eləcədə könüllülər iştirak edib.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində günboyu davam edən ağacəkmə kampaniyası zamanı iştirakçılar rayonun təbii şəraitinə uyğun olaraq 10 min çinar, Eldar şamı, tuya və küknar tingləri əkiblər.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləridə aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb və əvvəllər əkilən tinglərə aqrotexniki qulluq göstəriblər. Yaşıllıq aksiyası qarşıdakı günlərdə park və xiyabanlarda davam etdiriləcək.