Qobustanda noxud biçini başa çatıb, sahələrdən 91 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ilin məhsulu üçün 125 hektarda noxud yetişdirilib. Əkin sahələri ötən ildəkindən 8 hektar çox olub. Noxud 6 ərazidə - Qobustan şəhər, Təklə, Sündü, Xilmilli, Cəyirli və Cəmcəmli ərazi icra nümayəndəliklərində və Qobustan Bölgə Təcrübə stansiyasında əkilmişdi. İstehsal edilən məhsul əvvəlki illə müqayisədə 5 ton çoxdur. Bu il havaların əlverişsiz keçməsinə baxmayaraq, hər hektarda məhsuldarlıq da artıb və 7,5 sentner olub. Yığılan məhsulun bir qismi birbaşa yerli bazarlara çixarılıb.

Qeyd edək ki, cari ildə noxudun 20 hektarı Qobustan Bölgə Təcrübə Stansiyasında yetişdirilmişdi və burada məhsuldarlıq 9 sentner olub.