İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası (Worldsteel) fevral ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsalının fevral ayında 3,3 faiz azalaraq 78,9 milyon tona düşməsi diqqət çəkib. Yaponiyanın hasilatı isə 8,5 faiz azalaraq 6,4 milyon ton olub.

Bu dövrdə polad istehsalı ABŞ-də 7 faiz azalaraq 6 milyon tona, Almaniyada isə 13,5 faiz azalaraq 2,7 milyon tona düşüb.

Sözügedən dövrdə Hindistanın hasilatı 6,3 faiz artaraq 21,8 milyon tona, İranın istehsalı 24,1 faiz azalaraq 1,7 milyon tona çatıb.

Türkiyənin xam polad istehsalı fevral ayında 5,6 faiz azalaraq 2,9 milyon tona geriləyib.

 

Gözəl Azadəliyeva