İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) aprel ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsalı aprel ayında sabit qalaraq 86 milyon ton olub.

Yaponiyada hasilat 6,4 faiz azalaraq 6,6 milyon tona, ABŞ-də 0,3 faiz azalaraq 6,6 milyon tona, Almaniyada isə 10,1 faiz azalaraq 3 milyon tona düşüb.

Braziliyada xam polad istehsalının 3,1 faiz azalaraq 2,6 milyon tona, Rusiyada isə 5,1 faiz azalaraq 5,8 milyon tona düşdüyü təxmin edilir.

Sözügedən dövrdə Hindistanın hasilatı 5,6 faiz artaraq 12,9 milyon tona, İranın istehsalı isə 4,6 faiz artaraq 3,3 milyon tona çatıb.

Türkiyənin xam polad istehsalı bu dövrdə 7% artaraq 3 milyon tona çatıb.

 

Gözəl Azadəliyeva