Qlobal xam polad istehsalı oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% artaraq 150 milyon tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası (Worldsteel) oktyabr ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Sözügedən dövrdə Çinin istehsalı 1,8% azalaraq 79,1 milyon tona, Yaponiyanın istehsalı isə 2,6% artaraq 7,5 milyon tona çatıb. Türkiyənin xam polad istehsalı eyni dövrdə 4,2% artaraq 3 milyon tona, ABŞ-nin istehsalı 3,4% artaraq 6,8 milyon tona çatıb.

Qlobal xam polad istehsalı bu ilin yanvar-oktyabr dövründə isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artaraq 1 milyard 567,3 milyon tona çatıb.

 

Gözəl Həşimova