İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "WPP" reklam konserninə məxsus "GroupM" agentliyi məlumat yayıb.

Bu məbləğin yarıdan çoxunu "Google", "Meta", "Amazon", "Alibaba" və "ByteDance Ltd" texnologiya şirkətləri qazanacaq.

"GroupM" 2025-ci ildə reklam bazarının daha 7,7% artaraq 1,1 trilyon dollara çatacağını proqnozlaşdırır. 2025-ci ilin sonuna kimi rəqəmsal reklam ümumi reklam xərclərinin təxminən 73%-ni təşkil edəcək,.

"GroupM"in fikrincə, ən effektiv versiya olaraq qalan televiziya reklamına çəkilən xərclərin artımı 2024-2029-cu illərdə artacaq. Dünyanın ən böyük reklam bazarı olan Amerika reklam bazarı bu il 9% və ya 379 milyard dollara qədər artacaq.

 

Gözəl Həşimova