Qlobal təbii qaz tələbinin 2050-ci ilə qədər 34% artaraq 5 trilyon 360 milyard kubmetrə çatacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hazırladığı “2050” hesabatında deyilir.

Məlumata görə, 2022-ci ildə qlobal təbii qaz istehlakı 4 trilyon 15 milyard kubmetr olaraq qeydə alınıb.

Hesabatda tələbin artmasında mühüm amillər arasında əhalinin və iqtisadi istehsalın artması, havanın keyfiyyətinin yaxşılaşdırılması, istixana qazı emissiyalarının azaldılması və kömür ilə neftdən qaza keçidi hədəfləyən siyasətlər göstərilib.

Təkcə elektrik enerjisi istehsalı sektorundan qaynaqlanan tələb artımı 500 milyard kubmetr olaraq hesablanıb. Qlobal tələb artımının 52%-nin Asiya Sakit Okean bölgəsindən qaynaqlanacağı təxmin edilir.

 

Gözəl Həşimova